Vətəndaşların ticarət şəbəkələrində xərclədiyi pulun MƏBLƏĞİ

Vətəndaşların ticarət şəbəkələrində xərclədiyi pulun MƏBLƏĞİ

Hazırda oxunan: Vətəndaşların ticarət şəbəkələrində xərclədiyi pulun MƏBLƏĞİ

50107

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 327,5 milyon manatlıq, o cümlədən 20 milyard 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 576,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə məhsulları Azərbaycanda UCUZLAŞACAQ


Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,1 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26,9 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,6 faizi isə bazar və yarmarkalarda satılıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz artıb, fərdi sahibkarlar üzrə 2,7 faiz, bazar və yarmarkalarda 0,4 faiz azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO