“Ərzaq məhsullarının qiyməti niyə hər gün artır?” - Səfər Mehdiyev bunun səbəbini açıqladı

“Ərzaq məhsullarının qiyməti niyə hər gün artır?” - Səfər Mehdiyev bunun səbəbini açıqladı

Hazırda oxunan: “Ərzaq məhsullarının qiyməti niyə hər gün artır?” - Səfər Mehdiyev bunun səbəbini açıqladı

0:00
0:00
50075

“Ərzaq məhsullarının idxalından asılılığı azaltmaq prezidentin hökumət qarşısında qoyduğu əsas vəzifədir. Biz aqrar sektorda istehsalın artması sahəsində böyük uğurlara nail olmuşuq. Eyni zamanda, Azərbaycan aqrar istehsalın bir çox sahələrində idxaldan asılılığı nəinki azaldıb, həm də öz mallarını ixrac etməyə başlayıb. Qeyri-neft sektorunun böyük hissəsini məhz tərəvəzçilik və meyvə ixracı təşkil edir. İdxal olunan məhsullar inflyasiya və qiymət artımını şərtləndirir və iqtisadi sabitliyi pozur. Nə qədər ki bizdə idxaldan asılılıq yüksək olacaq,  ərzaq məhsullarının qiymətlərində artım təhlükəsi də qalacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yerli medialardan birinin “Ölkədə az qala hər gün ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bu vəziyyətdən çıxəş yolu nədir?” sualını cavablandırarkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük ödənişlərindən 396 milyon manat əlavə pul toplanıb – Səfər Mehdiyev


Onun sözlərinə görə, dünya bazarlarında bəzi ərzaq məhsulları 30-40% bahalaşıb:

“Bununla belə təkrarlamaq istərdim ki, Azərbaycanda ərzaq idxalından asılılıq ildən ilə azalır.  Və bu, ümidvericidir. Qiymət artımı gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil”.

Səfər Mehdiyevin fikrincə, bu, postpandemiya dövrünün ümumdünya trendidir:

“Daha bir vacib faktor - yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb. Azərbaycan isə dünyanın 185 ölkəsi ilə ticarət əlaqələri qurmuş bir ölkədir.  Vəziyyətdən yeganə çıxış yolu milli istehsalı həvəsləndirilmək və idxalın əvəzlənməsinə nail olmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO