Türkiyə məhsulları Azərbaycanda UCUZLAŞACAQ

Türkiyə məhsulları Azərbaycanda UCUZLAŞACAQ

Hazırda oxunan: Türkiyə məhsulları Azərbaycanda UCUZLAŞACAQ

50040

Lirə ucuzlaşmaqda davam edir. 1 ay öncə 1 dollar almaq üçün 9.85 lirə ödəmək lazım idisə indi bu rəqəm 13.87-dək dəyişib. Bu o deməkdir ki, 1 ay ərzində 30 faizə yaxın dəyər itirib.

Lirə nə zamanadək ucuzlaşacaq və bu Azərbaycan iqtisadiyyatına necə təsir göstərir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında şərh verib.

MÖVZU İLƏ BAĞLI:

Türk lirəsi ucuzlaşaraq daha bir antirekorda yaxınlaşdı


Onun sözlərinə görə lirənin uculaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da siyasi faktorlar da az təsirə malik deyil:

“Digər tərəfdən, siyasi səbəblər Türkiyənin valyuta bazarına təsirlərini gücləndirməkdədir. Hələlik, qardaş ölkənin uçot stavkasının dəyişməklə bağlı qərarları lirəni qoruya bilmir. Əslində, Mərkəzi Bankın uçot stavkası aləti ilə vəziyyətin kardinal dəyişəcəyinə ümid edənlər də çox deyil.  Türkiyəyə daxil olan valyutanın həcmi də azalıb və və dollar tələbinin ödənilməsinə neqativ təsir göstərir. Bu baxımdan, lirənin ucuzlaşmasının qarşısının alınması üçün iqtisadi intervensiyalarla yanaşı, Qərb ölkələri ilə münasibətlərdə siyasi stabillik də önəmlidir”. 

Deputatın fikrincə, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərməsə belə, həm iqtisadi, həm də psixoloji baxımdan qardaş ölkədə milli valyutanın dəyərsizləşməsi bizim üçün arzuolunan deyil:

“Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir.

Amma Türkiyə lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər”. 

Deputat əlavə edib ki, Türkiyədə infilyasiya optimallaşarsa, qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq:

“Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına gətirib çıxara bilər. Lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO