Sahil Babayevdən əmək miqrasiyasının kvotası ilə bağlı AÇIQLAMA

Sahil Babayevdən əmək miqrasiyasının kvotası ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Sahil Babayevdən əmək miqrasiyasının kvotası ilə bağlı AÇIQLAMA

49975

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılan, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclası keçirilib.

Bizim.Media xəbər verir ki, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib.

O, ölkəmizin əmək bazarında müsbət meyillərin davamlı xarakter aldığını, dayanıqlı inkişaf proseslərinin xarici əməkçi miqrantları üçün cəlbedici olduğunu bildirib.

Ölkədə ixtisaslı işçi qüvvəsinə tələbatın əsasən yerli ehtiyatlar hesabına təmin edildiyini vurğulayan S.Babayev qeyd edib ki, hər il olduğu kimi növbəti il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər hazırlanıb:

"Bu təkliflərin hazırlanması zamanı ölkədə işçi qüvvəsinə dair ehtiyacların yerli əmək ehtiyatları hesabına təmin edilməsi, müvafiq iş sahələrinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi kimi amillər əsas götürülür. Bu təkliflər respublikadakı demoqrafik inkişaf, ölkənin əmək ehtiyatları və əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı təhlillər əsasında hazırlanıb. Növbəti il üçün kvota təklifi müəyyənləşdirilərkən vakansiyaların ilk növbədə müvafiq peşə hazırlığına, əmək bacarıqlarına malik olan yerli işçi qüvvəsi üçün istifadə olunması prinsipi üstünlük təşkil edir".

İclasda 2021-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik edilməsi və 2022-ci il üçün əmək miqrasiyası kvotası üzrə təkliflər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO