Özəl xəstəxanalara icbari tibbi sığorta üzrə neçə nəfər göndərilib? - RƏSMİ

Özəl xəstəxanalara icbari tibbi sığorta üzrə neçə nəfər göndərilib? - RƏSMİ

Hazırda oxunan: Özəl xəstəxanalara icbari tibbi sığorta üzrə neçə nəfər göndərilib? - RƏSMİ

49968

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 14 186 nəfər müvafiq göndərişə əsasən icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yayıb.

Mənbə bildirir ki, həmin şəxslərin 368 nəfəri uşaqlardır. 18 yaşdan yuxarı 5 322 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib:

"Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4304, oftalmologiya üzrə 2341, urologiya üzrə 964, nevrologiya/neyrocərrahiyyə üzrə 577, travmatologiya üzrə 338, LOR üzrə 155, digər sahələr üzrə 105, ümumi cərrahiyə üzrə 60, ginekologiya və doğuş üzrə 20 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 166 nəfər 18 yaşdan aşağı şəxslərdir".

Qeyd edək ki, Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 27 özəl tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO