Fermerlər Şurasının növbəti toplantısı keçirildi - FOTO

Fermerlər Şurasının növbəti toplantısı keçirildi - FOTO

Hazırda oxunan: Fermerlər Şurasının növbəti toplantısı keçirildi - FOTO

49952

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, toplantıda Azərbaycanın 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər iştirak ediblər.
 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlər barədə məlumatlandırıb.


Fermerlərə dövlət başçısının 7 oktyabr tarixində imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı barədə geniş məlumat verilib.

Tədbirdə çıxış edən fermerlər pambıq, tütün və şəkər çuğunduru bitkiləri üçün subsidiyaların məhsula görə hesablanmasının bu sahəyə marağı daha da artıracağını vurğulayıblar.

Toplantıda mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların, o cümlədən güzəştli kreditlərin verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Fermerlər Şurası üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO