Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) və “Abşeron Qazma Şirkəti” tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmiş “SOCAR AQŞ” 7 saylı dəniz stasionar özülündən 356 nömrəli quyunun qazma işlərini keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz şəkildə yekunlaşdırıb.
Bu barədə Bizim.Media-ya “SOCAR AQŞ” şirkətindən məlumat verilib.
Bildirilib ki, quyu yekun təsdiqlənmiş profilə uyğun olaraq qazılıb və sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.
Quyunun qazılması zamanı Sağlamlıq Texniki Təhlükəsizlik Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun işlər aparılıb, heç bir bədbəxt hadisə, zədələnmə və quyuda udulma ya təzahür baş verməyib.
356 saylı quyunun 8 ½” seksiyasının (ikinci lülə) qazılması zamanı qazma alətinin aşağı hissəsində təkmilləşdirmə aparılmış və seksiya tam profilə uyğun olaraq qazılıb.
Nəticədə 7” istismar kəməri uğurla endirilib sementlənmiş və sifarişçiyə yüksək hasilatla təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:13 / 09.12.2021
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatdı
Hazırda oxunan: “Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatdı
Hazırda oxunan: “Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatdı
49820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.