“Azərbaycanda orta aylıq əməkhaqqı 40 faiz artıb” - Sahil Babayev

“Azərbaycanda orta aylıq əməkhaqqı 40 faiz artıb” - Sahil Babayev

Hazırda oxunan: “Azərbaycanda orta aylıq əməkhaqqı 40 faiz artıb” - Sahil Babayev

49656

“Əmək bazarının artan tələblərinə uyğun olaraq bacarıqlı işçi qüvvəsinin yetişdirilməsində aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələr aparılır və yeni proqramlar hazırlanır. Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Həmin məbləği vətəndaşlardan geri alacağıq" - Sahil Babayev


Nazir bildirib ki, 30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür:

“Digər tərəfdən isə, əməkhaqqı fondu 92 faiz artıb. Orta aylıq əməkhaqqı 40 faiz, median əməkhaqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir.

Məşğulluq orqanları tərəfindən 2 300-dən çox şəxs işə düzəlib, 36 min kiçik və mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir.

Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO