Azərbaycanda bu portala 8,7 milyon müraciət qeydə alındı - 11 ayda

Azərbaycanda bu portala 8,7 milyon müraciət qeydə alındı - 11 ayda

Hazırda oxunan: Azərbaycanda bu portala 8,7 milyon müraciət qeydə alındı - 11 ayda

0:00
0:00
49531

Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb.

Bizim.Media İqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ilin son aylarında istifadəyə verilən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da bu ilin 11 ayında artmaqda davam edərək dekabrın 1-nə 1 milyon 20 minə çatıb.

Ölkənin sosial reyestri olan portal vasitəsilə vətəndaşlar onlar barədə toplanmış sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış əldə edir.

Həmçinin portal hər kəsə hüquqları yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir.

Portalın “Android” və “İOS” əməliyyat sistemləri də fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO