Azərbaycanın neçə müəssisəsi Rusiyaya pomidor və alma ixrac edir?

Azərbaycanın neçə müəssisəsi Rusiyaya pomidor və alma ixrac edir?

Hazırda oxunan: Azərbaycanın neçə müəssisəsi Rusiyaya pomidor və alma ixrac edir?

49343

Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri tədbirlər davam etdirilir. Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan mütəmadi danışıqlar, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun genişləndirilməsi və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqlərin nəticələri, məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaq protokolları və monitorinq aktlarının təhlili və agentliyin zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən bu il dekabrın 6-dan etibarən daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib.

Beləliklə, indiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 212 pomidor, 76 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib.

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 364,373 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 202.4 faizini təşkil edir.

Həmçinin Rusiya Federasiyasına alma ixracına icazə verilmiş 76 müəssisənin ixrac potensialı 161,787 ton təşkil edir və bu, 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66 min 924 ton alma məhsulunun 241,7 faizi həcmindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO