Nazirlər Kabineti “İqtisadiyyat Nazirliyinin Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən ediləcək.
MÖVZU İLƏ BAĞLI:
Dizel yanacağı ilə bağlı Baş nazirdən YENİ QƏRAR - Gediş haqqı bahalaşacaq?
Xatırladaq ki, “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyuun 26-da imzaladığı fərmanda öz əksini tapıb.
Bizim.Media