“SOCAR Petroleum”un rəhbəri dəyişdi – TƏYİNAT

“SOCAR Petroleum”un rəhbəri dəyişdi – TƏYİNAT

Hazırda oxunan: “SOCAR Petroleum”un rəhbəri dəyişdi – TƏYİNAT

48738

Azərbaycanda böyük yanacaq doldurma məntəqələri şəbəkəsinə malik olan “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyətinin direktoru dəyişib.

Bizim.Media xəbər verir ki, Rövşən Həsənov  “SOCAR Petroleum” QSC-nin  baş direktoru təyin edilib.

O, bu vəzifədə Toğrul Seyidovu əvəzləyib.

“SOCAR Petoleum” QSC 2008-ci ildə yaradılıb, 83 760 900 manat nizamnamə kapitalına sahibdir. Kapitalının 51%-i Dövlət Neft Şirkətinə (SOCAR) və 49%-i isə ABŞ-ın “A.P. International LLC” şirkətinə məxsudur.

Şirkət karbohidrogenlərin emalı və texniki tələblərə cavab verən yanacaq markalarının istehsalı ilə ixtisaslaşıb.

Şirkət neft və qaz məhsullarının qəbulu, daşınması, saxlanılması və satışı ilə məşğuldur.

Həmçinin yanacaq bazası və yanacaq daşıyan yük maşınları parkının təşkili, avtomobillərə texniki xidmətin göstərilməsi, yanacaqdoldurma məntəqələrinin yanında motel, restoran və kiçik marketlərin təşkili ilə də məşğuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO