Azexport.az portalına İxrac sifarişləri 2,62 milyard dollara çatdı

Azexport.az portalına İxrac sifarişləri 2,62 milyard dollara çatdı

Hazırda oxunan: Azexport.az portalına İxrac sifarişləri 2,62 milyard dollara çatdı

48352

2021-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 398,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin oktyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 31,1 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, çay, zəli, tütün, un, tikinti materialları, yağ, şərab, bal, velosiped, armudu stəkan, qənnadı məhsulları, və s. mallara daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 oktyabr tarixinə kimi (58 ay ərzində) Azexport.az portalına dünyanın 238 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,62 milyard ABŞ dolları təşkil edib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO