Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi Milli Məclisdə müzakirə olunduğundan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.
Bizim.Media Xidmətə istinadən bildirir ki, Vergi Məcəlləsinə təklif olunmuş mühüm dəyişikliklərdən biri beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə sıfır dərəcə ilə cəlb edilməsidir.
Mövcud qanunvericilikdə beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edildiyi halda, həmin fəaliyyətə bağlı yardımçı nəqliyyat xidmətləri olan beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə 18% dərəcə ilə cəlb edilir.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat ekspedisiya xidmətlərini təşviq etmək, digər tranzit ölkələr də analoji fəaliyyətlə məşğul olan xarici müəssisələrə rəqabətdə yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərən şəxslərin dayanıqlılığını təmin etmək məqsədilə beynəlxalq və tranzit yük və sərnişin daşınması ilə bilavasitə bağlı olan ekspeditor xidmətlərinin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:17 / 29.11.2021
Beynəlxalq yük daşımaları ilə bağlı ekspeditorlardan vergi alınmayacaq – Qanun layihəsi
Hazırda oxunan: Beynəlxalq yük daşımaları ilə bağlı ekspeditorlardan vergi alınmayacaq – Qanun layihəsi
Hazırda oxunan: Beynəlxalq yük daşımaları ilə bağlı ekspeditorlardan vergi alınmayacaq – Qanun layihəsi
48140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.