Azərbaycan neftinin qiyməti 8,91 dollar azaldı – Səbəb koronavirusun yeni ştammıdır?

Azərbaycan neftinin qiyməti 8,91 dollar azaldı – Səbəb koronavirusun yeni ştammıdır?

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 8,91 dollar azaldı – Səbəb koronavirusun yeni ştammıdır?

47905

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti kəskin azalıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 8,91 ABŞ dolları və ya 10,7% azalaraq 73,91 ABŞ dolları təşkil edib.

WTI markalı xam neft fyuçerslərinin qiyməti də koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni ştammının (B.1.1.529) aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Neft gələn il daha baha olacaq


WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, “qara qızıl”ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.

“Nordea Asset Management”in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali “Wall Street Journal” qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir:

“Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO