Yeni vergi bəyannamələri və hesabat qaydaları TƏSDİQLƏNDİ

Yeni vergi bəyannamələri və hesabat qaydaları TƏSDİQLƏNDİ

Hazırda oxunan: Yeni vergi bəyannamələri və hesabat qaydaları TƏSDİQLƏNDİ

47660

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamə, hesabat, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib.

Bizim.Media Xidmətin məlumatına istinadən xəbər verir ki, mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafatın qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə aid edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddələr əlavə edilib. 

Həmçinin mediatorların məcburi dövlət sosial sığorta haqlarına aid edilməsi ilə əlaqədar “Sosial sığorta haqqında” Qanuna da müvafiq dəyişikliklər edilib.

Bu səbəbdən, bəyannamə formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, hesabatların göndərilməsi zamanı səmərəliliyin artırılması məqsədilə bir sıra bəyannamələrin, hesabatların, onların əlavələrinin formaları və tərtib olunması qaydalarında dəyişikliklər edilməsinə zərurət yaranıb.

Qeyd olunan dəyişikliklər barədə ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz. (//www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO