“Buta Airways” Moskvaya reyslərin sayını artırır – QİYMƏTLƏR 55 avrodan başlayır

“Buta Airways” Moskvaya reyslərin sayını artırır – QİYMƏTLƏR 55 avrodan başlayır

Hazırda oxunan: “Buta Airways” Moskvaya reyslərin sayını artırır – QİYMƏTLƏR 55 avrodan başlayır

47327

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” Bakıdan Moskvanın “Jukovski” hava limanına və geriyə yerinə yetirilən xüsusi reyslərin sayını artırır.

Bu barədə Bizim.Media “Buta Airways”ə istinadən xəbər verir.

Aviaşirkət tərəfindən həftənin cümə günləri “Jukovski” hava limanına yerinə yetirilən uçuşlara əlavə olaraq, 15 dekabr tarixindən etibarən həftənin çərşənbə günləri də həftəlik reys əlavə olunacaq.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.

Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO