Azərbaycan Pakistanla preferensial ticarət sazişi imzalayacaq

Azərbaycan Pakistanla preferensial ticarət sazişi imzalayacaq

Hazırda oxunan: Azərbaycan Pakistanla preferensial ticarət sazişi imzalayacaq

47247

Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarovla Dünya Bankının vitse-prezidenti arasında MÜZAKİRƏ


O bildirib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olması üçün geniş imkanlar mövcuddur:

"Yerli investorlara Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaratmaq imkanlarını araşdırmalarını təklif edirəm".

İslamabad Ticarət və Sənaye Palatasına səfəri zamanı o, Azərbaycanın bir çox digər şirkətlərinin də pakistanlı həmkarları ilə birgə müəssisələr yaratmaqla yanaşı, bu Cənubi Asiya ölkəsinə sərmayə qoymağa maraqlı olduqlarını diqqətə çatdırıb: 

“Pakistanı biznes və investisiya üçün potensial bazar hesab edirik. Hər iki ölkə ticarət əlaqələrini dərinləşdirmək üçün özəl sektorlar arasında birbaşa əlaqəni təşviq etməyə yönəlməlidir”. (“Report”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO