Elman Rüstəmov: “Azərbaycanda maliyyə sektoru dayanıqlı olmalıdır”

Elman Rüstəmov: “Azərbaycanda maliyyə sektoru dayanıqlı olmalıdır”

Hazırda oxunan: Elman Rüstəmov: “Azərbaycanda maliyyə sektoru dayanıqlı olmalıdır”

4718

“Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması 30 ildən sonra həyata keçirilib. Azərbaycan iqtisadiyyatı bu qələbədən sonra dayanıqlılıq nümayiş etdirir”.

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, Ermənistan iqtisadiyyatı tam tənəzzüldədir və əhəmiyyəti devalvasiya prosesi başlayıb:

“Bizim iqtisadi güc potensialımız çoxdur. Bu qələbədən sonra qarşımızda mühüm çağırışlar var. İşğaldan azad edilmiş yerlərin bərpası, bu ərazilərin iqtisadi potensiala cəlb olunması bizim iqtisadi gücümüzü daha da artıracaq.

Bu istiqamətdə maliyyə sektorunun qarşısında mühüm çağırışlar durur. Bu gün dünya bazarlarında gedən çağırışlar hamımıza məlumdur, neftin qiyməti və s. Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO