Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsizliyi ilə bağlı tədbirlərini davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin noyabrın 9-dək fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
"Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Rusiyaya xurma ixracında 46%, kartof ixracında 23%, xiyar və kornişon ixracında 35%, şaftalı və nektarin ixracında 182%, qarpız ixracında 144%, təzə üzüm ixracında 178%, gavalı və göyəm ixracında 33%, nar ixracında 17%, çiyələk ixracında 117%, armud ixracında isə 192% artım müşahidə edilib. Eləcə də Rusiyanın müvafiq qurumu tərəfindən tətbiq edilən məhdudiyyətlər şəraitində bu ölkəyə 119 min ton pomidor, 52 min ton alma ixrac olunub" - deyə, AQTA sədri qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:33 / 22.11.2021
Bu məhsulların Azərbaycandan Rusiyaya ixracı artdı
Hazırda oxunan: Bu məhsulların Azərbaycandan Rusiyaya ixracı artdı
Hazırda oxunan: Bu məhsulların Azərbaycandan Rusiyaya ixracı artdı
0:00
0:00
47137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.