Azərbaycanda inflyasiyanın hədəf çərçivəsində saxlanması MÜZAKİRƏ EDİLDİ

Azərbaycanda inflyasiyanın hədəf çərçivəsində saxlanması MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Azərbaycanda inflyasiyanın hədəf çərçivəsində saxlanması MÜZAKİRƏ EDİLDİ

46635

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi qrupunun növbəti iclasında Azərbaycanda inflyasiyanın hədəf çərçivəsində saxlanması müzakirə edilib.

Mərkəzi Bankdan Bizim.Media-ya verilən məlumata görə, müzakirə pandemiya ilə əlaqədar olaraq onlayn “Webex” platforması üzərindən həyata keçirilib.

İclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin “Ekvita” şirkətinin, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin, İqtisadi Təşəbbüslərə Yardım və Spektr Sosial-İqtisadi Araşdırmalar və İnkişaf ictimai birliklərinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planı çərçivəsində ilin ilk 10 ayı ərzində görülmüş işlər müzakirə edilmiş, fəaliyyət planının tam icrasına nail olmaq üçün il sonuna qədər görülməli tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 

Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.


İclasda həmçinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planının ilkin layihəsi müzakirə edilmiş, iclas iştirakçılarının təkliflərinin nəzərə alınaraq layihənin təkmilləşdirilməsi qərara alınıb.

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində iclas iştirakçıları tərəfindən ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində irəli sürülmüş təkliflərin nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO