Rusiyanın "LUKOYL" və Qazaxıstanın "Kazmunayqaz" şirkətləri Xəzər dənizinin Qazaxıstan sektorunda iri "Kalamkas-dəniz" layihəsinin başlıca prinsipləri ilə bağlı öhdəlik sazişi imzalayıb.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu "LUKOYL"un prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov deyib.
MÖVZU İLƏ BAĞLI:
Vahid Ələkbərovu Türkmənistandan sonra Bakıya gətirən SƏBƏBLƏR – FOTO
“Biz “Kəlamkas-Dəniz” layihəsi üçün əsas prinsiplər haqqında öhdəlik sazişi imzaladıq” deyə o, qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin "Kalamkas-dəniz" neft yatağında işlərə başlayacağını elan etmişdi.
2002-ci ildə kəşf olunan yatağın neft ehtiyatları 159 milyon ton həcmində proqnozlaşdırılır.
“Lukoyl” Qazaxıstanda bir neçə böyük layihədə iştirak edir. Belə ki, şirkət dünyanın ən böyük neft və qaz-kondensat yataqlarından biri olan Qaraçaqanak layihəsində 13,5%, Tengiz layihəsində isə 5% paya malikdir.
“Lukoyl”, həmçinin Rusiya və Qazaxıstanda yeganə özəl magistral boru kəməri olan Xəzər Boru Kəməri Konsorsiumunun 12,5%-nə sahibdir.
Bizim.Media