Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov çıxış edir.
Bizim.Media xəbər verir ki, maliyyə naziri Azərbaycanın qələbədən sonra yeni dövrə addım atdığını qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda sosialyönümlü xərclər artdı – ƏN YÜKSƏK HƏDD
“Əhalinin Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir. Gələn il Azərbaycanın dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir”.
O, qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır.
“Yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir”, - deyə nazir qeyd edib.
Vüsalə Balayeva, Bizim.Media