Ərzaq məhsulları ay ərzində 3, il ərzində 13 faiz bahalaşıb - RƏSMİ

Ərzaq məhsulları ay ərzində 3, il ərzində 13 faiz bahalaşıb - RƏSMİ

Hazırda oxunan: Ərzaq məhsulları ay ərzində 3, il ərzində 13 faiz bahalaşıb - RƏSMİ

45706

Bu ilin oktyabr ayında Azərbaycanda istehlak qiymətləri sentyabrla müqayisədə 1,6 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 10% bahalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Məlumata görə, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə əvvəlki ayla müqayisədə 2,8%, ötən ilin oktyabr ayına nisbətən isə 13,1%, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,9%, ötən ilin oktyabr ayına nisbətən 6,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,4%, ötən ilin oktyabr ayına nisbətən 1,4% bahalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO