Azərbaycanda Aliment Fondu yaradılmalıdır.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Aliment Fondu büdcəyə yük olmayacaq:
“Təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, - deyə H.Hüseynova əlavə edib.
H.Hüseynova onu da bildirib ki, Azərbaycanda atalıq məzuniyyəti ödənişli olmalıdır:
“Təklif edirəm ki, atalıq məzuniyyətinin ödənişli olması məsələsi büdcədə nəzərdə tutulsun”.
Deputat təklif edib ki, məhkəmələrdə psixoloq ştatları da yaradılmalıdır:
“Məhkəmələrdə psixoloq ştatlarının olması boşanmaların qarşısını ala bilər” (trend).
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:32 / 12.11.2021
Azərbaycanda Aliment Fondu yaradılacaq? – TƏKLİF
Hazırda oxunan: Azərbaycanda Aliment Fondu yaradılacaq? – TƏKLİF
Hazırda oxunan: Azərbaycanda Aliment Fondu yaradılacaq? – TƏKLİF
45689
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.