Gürcüstan cari ildə Azərbaycandan nə qədər aviasiya yanacağı idxal edib?

Gürcüstan cari ildə Azərbaycandan nə qədər aviasiya yanacağı idxal edib?

Hazırda oxunan: Gürcüstan cari ildə Azərbaycandan nə qədər aviasiya yanacağı idxal edib?

45652

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 12 min ton aviasiya yanacağı idxal edib. Bununla da Azərbaycan hesabat dövründə Gürcüstanın aviasiya yanacağına olan tələbatının 16,3 faizini ödəyib.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstan 73,5 min ton aviasiya yanacağı tədarük edib. Bunun da 40,3 min tonunu və ya 54,9 faizini Türkmənistandan idxal edib. Azərbaycan Gürcüstanın aviasiya yanacağı idxalçıları sırasında ikinci yerdədir.

Gürcüstanın bu növ yanacaq idxal etdiyi üçüncü əsas ölkə İtaliyadır -10,5 min ton.

Qeyd edilir ki, aviasiya yanacağının idxalında əhəmiyyətli artım aviareyslərin bərpası ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO