Bakıda bu evlərin qiyməti bahalaşdı - Kvadratmetri 913 manatdır...

Bakıda bu evlərin qiyməti bahalaşdı - Kvadratmetri 913 manatdır...

Hazırda oxunan: Bakıda bu evlərin qiyməti bahalaşdı - Kvadratmetri 913 manatdır...

45611

Ötən ay Bakıda fərdi və bağ evlərin kvadratmetrinə görə orta qiyməti 913 manat olub.

Bizim.Media xəbər verir ki, bu, sentyabr ayı ilə müqayisədə ayı ilə müqayisədə 5,8 faiz çoxdur.

Paytaxtda lüks evlərin kvadratmetrinə görə qiyməti 3 351 manat olub. Bu evlərin qiyməti aylıq müqayisədə 11,5 faiz, illik müqayisədə isə 7,6 faiz artıb.

Orta dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti isə 705 manat olub. Onların qiyməti aylıq müqayisədə 28,1 faiz az, illik müqayisədə 2,5 faiz artıb.

Aşağı dəyərdə olan evlərin kvadratmetrinə görə qiyməti 307 manat olub. Qiymətlərdə aylıq müqayisədə 1,6 faiz azalma, illik müqayisədə isə 5,1 faiz artım müşahidə edilib.

Qeyd edək ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabatında bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO