Hesablama Palatası 2022-ci ilin "Büdcə zərfi"ndə dövlət proqramlarının maliyyə təminatı ilə bağlı məlumatlılığın azaldıldığı və bəzi məlumatların müvafiq sənədlərdə əks etdirilmədiyi qənaətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirilir.
Rəydə qeyd edilir ki, "Büdcə zərfi"ndə büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi “dövlətin əsas funksiyalarının həyata keçirilməsi” istiqamətinin tərkibində prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsinin müəyyən edilməsi və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərin dövlət büdcəsinin xərclərində üstünlük təşkil edəcəyinin göstərilməsi fonunda dövlət proqramları üzrə məlumat əvvəlki ilə nisbətən daha səthi təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:02 / 11.11.2021
Hesablama Palatasından “Büdcə zərfi”nə NÖVBƏTİ İRAD
Hazırda oxunan: Hesablama Palatasından “Büdcə zərfi”nə NÖVBƏTİ İRAD
Hazırda oxunan: Hesablama Palatasından “Büdcə zərfi”nə NÖVBƏTİ İRAD
45549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.