Dövlət Statistika Komitəsi 10 ayın göstəricilərini açıqladı – Əsas kapitala 10,6 milyard ayrılıb

Dövlət Statistika Komitəsi 10 ayın göstəricilərini açıqladı – Əsas kapitala 10,6 milyard ayrılıb

Hazırda oxunan: Dövlət Statistika Komitəsi 10 ayın göstəricilərini açıqladı – Əsas kapitala 10,6 milyard ayrılıb

45542

2021-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 10 milyard 568,5 milyon manat məbləğində vəsait yönəldilib.

Bizim.Media xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əsas kapitala ayrılacaq vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz azdır.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalıb. 

İstifadə olunmuş vəsaitin 6 milyard 999,6 milyon manatı və ya 66,2 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 757,8 milyon manatı (26,1 faizi) xidmət sahələrinə, 811,1 milyon manatı (7,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. 
 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 20 milyon manatını və ya 66,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 31 milyon manatı və ya 66,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,1 faiz, büdcə vəsaitləri 24,1 faiz, sair vəsaitlər 7,4 faiz, əhalinin şəxsi vəsaitləri 7,3 faiz, bank kreditləri isə 6,1 faiz təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO