"İşğaldan azad edilmiş ərazilərə vətəndaşlarımızın qayıtması imkanları və sayı ilə bağlı layihələr və dövlət proqramı hazırlanıb".
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxışı zamanı deyib.
“Həmin ərazilərdə biz torpaq islahatlarına dəyişiklik edə bilərik, ya yox, qərar yoxdur. İşçi müzakirələr Prezident Administrasiyasının da iştirakı ilə həyata keçirilir. Bununla bağlı yekun rəy odur ki, dəyişikliklər olmalıdır. İkinci məsələ isə burada iqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansın tapılması ilə bağlıdır. Burada problemin böyük hissəsi ondan ibarətdir ki, mülkiyyət sənədləri və olmayan sənədlərin müəyyənləşməsi məsələsi də var. Bu problem bu gün diqqət mərkəzindədir”, - deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:03 / 10.11.2021
İşğaldan azad edilmiş ərazilərlə bağlı əsas problem nədir? - Mikayıl Cabbarov açıqladı
Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərlə bağlı əsas problem nədir? - Mikayıl Cabbarov açıqladı
Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərlə bağlı əsas problem nədir? - Mikayıl Cabbarov açıqladı
0:00
0:00
45424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.