Gözlər OPEC-də - Neftin bahalaşması davam edəcəkmi?

Gözlər OPEC-də - Neftin bahalaşması davam edəcəkmi?

Hazırda oxunan: Gözlər OPEC-də - Neftin bahalaşması davam edəcəkmi?

44603

Bu gün OPEC+ nazirlərinin toplantısı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, toplantıda dekabrda neft hasilatının gündəlik 400 min barel artım tempinin saxlanılıb-saxlanılmaması barədə qərar qəbul ediləcəyi gözlənilir. 

OPEC-in aşağı hasilat siyasəti artıq idxalçıları, xüsusilə də ABŞ-ı narazı salmağa başlayıb. Buna səbəb isə artan neft qiymətləridir. “Qara qızıl”ın dəyərinin 90 dollara çatacağı ilə bağlı proqnozlar var.


İstehsalçılar arasında da bazarda sabitliyin qorunmasının tərəfdarları var. Qeyd olunur ki, bazarın həddindən artıq “qızması” bütün tərəflərin maraqlarına ziddir.

Xatırladaq ki, dünən “Bloomberg” Agentliyinə müsahibə verən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycanın OPEC+ istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcəyini bildirib. 

Nazir neftin qiymətinin 60-70 dollar civarında olmasının Azərbaycan üçün məqbul sayıldığını əlavə edib.

Xatirə, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO