Azərbaycanda araq və konyakın qiyməti bahalaşacaq? - aksiz vergisi artırılır

Azərbaycanda araq və konyakın qiyməti bahalaşacaq? - aksiz vergisi artırılır

Hazırda oxunan: Azərbaycanda araq və konyakın qiyməti bahalaşacaq? - aksiz vergisi artırılır

44452

Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litr üçün 80 qəpik artırılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
 
Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir.

Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO