“Ermənistanın təzminatı necə ödəyəcəyi həmin qərarda yazılacaq” – Natiq Cəfərlidən TƏFƏRRÜAT

“Ermənistanın təzminatı necə ödəyəcəyi həmin qərarda yazılacaq” – Natiq Cəfərlidən TƏFƏRRÜAT

Hazırda oxunan: “Ermənistanın təzminatı necə ödəyəcəyi həmin qərarda yazılacaq” – Natiq Cəfərlidən TƏFƏRRÜAT

44357

Ermənilərin Azərbaycana təzminat ödəməsini ağır və uzun məsələ adlandıran iqtisadçı ekspert Natiq Cəfərli Bakının məhkəmələrə müraciət etməli olduğunu açıqlayıb. 

Bizim.Media-ya özəl cavabında ekspert “Ermənistan təzminat ödəməkdən necə yaxa qurtara bilər?” sualına da aydınlıq gətirib.

Natiq Cəfərli əvvəlcə bildirib ki, təzminatla bağlı məhkəmələrə müraciətdən sonra qaldırılan işi udmaq lazımdır. Çünki təzminat məsələsi beynəlxalq məhkəmələrin verdiyi qərarlar əsasında həllini tapa bilər:

“Təəssüf ki, bu qısa zamanda həll edilə biləcək məsələ deyil. Biz buna, hüquqi baxımdan ciddi hazırlaşmalıyıq.


Əlimizdə kifayət qədər faktlar var. Haqlı tərəf bizik. Sadəcə, beynəlxalq hüququn işləmə qaydaları mövcuddur və bu qaydalara görə məhkəmələrə müraciət edib beynəlxalq məhkəmələrdən qərar almaq gərəkdir.

Buna nail olsaq, həmin qərarda yazılacaq ki, Ermənistan hansı formada və hansı müddətə təzminatı ödəməklə bağlı öhdəliklər götürə bilər. Yəni bu, beynəlxalq hüquq çərçivəsində həll olunacaq bir məsələdir”. 

Sonda qeyd edək ki, Ermənistanın Azərbaycana ödəməli olduğu təzminatın məbləği təxminən 50 milyard ABŞ dollarından çox hesablanır.

Ermənistanın kasıb ölkə olduğu hər kəsə məlumdur və politoloqlar maddi təzminatın ərazi ilə əvəzlənməsinin də real olduğunu düşünürlər. İsbat kimi, İrəvanın bir çox torpaq sahələri, dövlət xidmətlərini Rusiyanın nəzarətinə verməsini göstərmək olar. Bu addımlar İrəvanın Moskvaya olan maliyyə borcunun bir hissəsinin silinməsi kimi yozulur.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO