Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək

Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək

Hazırda oxunan: Zəngilandakı aqroparka Türkiyədən kənd təsərrüfatı texnikası gətiriləcək

43111

Zəngilan rayonunun Ağalı kəndində icra olunan "Ağıllı kənd" layihəsi çərçivəsində yaradılacaq aqroparka Türkiyənin Aydın vilayətindəki "Efe" şirkətinin istehsalı olan kənd təsərrüfatı texnikası gətiriləcək.

Bizim.Media bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, texnikanın dəyəri 800 min ABŞ dolları təşkil edəcək.
 

İstehsalçı şirkətdən bildirilib ki, ötən illə müqayisədə Azərbaycana satdıqları aqrar texnikanın ümumi dəyəri təxminən 10 dəfə artıb. "Efe" Azərbaycanla yanaşı, Almaniya və Fransa kimi inkişaf etmiş Avropa ölkələrinə də kənd təsərrüfatı texnikası satır.


Xatırladaq ki, Zəngilandakı aqroparkda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalı nəzərdə tutulub (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO