Azərbaycanın rəsmi valyuta ehtiyatlarının həcmi 51 milyard 260,16 milyon dolları təşkil edib.
Bizim.Media-nın məlumatına görə, valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faizə qədər, ilin əvvəlinə nəzərən isə 1,3 faiz artıb.
Beynəlxalq valyuta ehtiyatlarının 7 milyard 33,8 milyon dolları Mərkəzi Bankın, 44 milyard 226,4 milyon dolları Dövlət Neft Fondunun balansında olub.
Yəni, valyuta ehtiyatlarının 13,7 faizi Mərkəzi Bankın, 86,3 faizi isə Neft Fondunun payına düşür.
Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi ilin əvvəli ilə müqayisədə 10,4 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 8,4 faiz artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:24 / 22.10.2021
Azərbaycanın valyuta ehtiyatlarının həcmi ARTDI
Hazırda oxunan: Azərbaycanın valyuta ehtiyatlarının həcmi ARTDI
Hazırda oxunan: Azərbaycanın valyuta ehtiyatlarının həcmi ARTDI
42757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.