“Böyükşor” gölündə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyasının tikilməsinə başlanılıb".
Bizim.Media xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır:
“Ümumilikdə, “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpa olunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb”.
Nazir bildirib ki, bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır:
“Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:53 / 20.10.2021
Azərbaycanda göldə üzən günəş elektrik stansiyası istismara veriləcək
Hazırda oxunan: Azərbaycanda göldə üzən günəş elektrik stansiyası istismara veriləcək
Hazırda oxunan: Azərbaycanda göldə üzən günəş elektrik stansiyası istismara veriləcək
0:00
0:00
42440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.