Azərbaycanda neft-qaz sektorunda 31,8 min nəfər çalışır

Azərbaycanda neft-qaz sektorunda 31,8 min nəfər çalışır

Hazırda oxunan: Azərbaycanda neft-qaz sektorunda 31,8 min nəfər çalışır

42267

Bu il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5298,7 min nəfər olub, onlardan 4978,3 min nəfərini məşğul əhali təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.

Belə ki, bu il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1684,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 900,6 min nəfər, qeyri-dövlət sektorunda isə 784,3 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1653,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO