Gələn ilin dövlət büdcəsinin parlamentə təqdim edilmə müddəti başa çatır

Gələn ilin dövlət büdcəsinin parlamentə təqdim edilmə müddəti başa çatır

Hazırda oxunan: Gələn ilin dövlət büdcəsinin parlamentə təqdim edilmə müddəti başa çatır

41671

Bu gün “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin ona əlavə edilmiş digər sənədlərlə birlikdə Milli Məclisə təqdim edilməsi müddəti başa çatır. 

Bizim.Media-nın xəbərinə görə, “Büdcə sistemi haqqında” qanunun 13-cü maddəsinə (növbəti büdcə ili üzrə dövlət büdcəsinə dair sənədlərin Milli Məclisə təqdim edilməsi) əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari il oktyabr ayının 15-dən gec olmayaraq Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir. 
 

Qanunun 15-ci maddəsinə (növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi) əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Milli Məclisin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir. 


Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Milli Məclisə məlumat verir. Hesablama Palatası “Hesablama Palatası haqqında” qanuna əsasən dövlət büdcəsinin layihəsinə rəy verir. 

Milli Məclisin Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası parlamentin növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir. 

Növbəti büdcə ili üzrə dövlət büdcəsi Milli Məclisdə cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO