9 ayda qeyri-neft-qaz sektorundan vergi DAXİLOLMALARI

9 ayda qeyri-neft-qaz sektorundan vergi DAXİLOLMALARI

Hazırda oxunan: 9 ayda qeyri-neft-qaz sektorundan vergi DAXİLOLMALARI

0:00
0:00
41553

Cari ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 4 milyard 706,7 milyon manat olub, proqnoza 114,9 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, dövlət büdcəsinə proqnozdan əlavə 609,6 milyon manat daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 10,4 faiz və ya 442,7 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 3 milyard 600,3 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 700,9 milyon manat olmaqla, proqnoz 115,7 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 6,3 faiz artıb.

Ümumilikdə, ödənilən vergilərin 74,1 faizi qeyri-neft-qaz sektorunun, 25,9 faizi isə neft-qaz sektorunun payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO