Azərbaycanın azad edilmiş ərazilərində bu ilin sonunadək 13 avtomat hidroloji stansiya tikiləcək.
Bizim.Media-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Azərbaycanda su infrastukturunun dayanıqlı inkişafı" adlı Azərbaycan-Almaniya forumunda deyib.
MÖVZU İLƏ BAĞLI:
“Vətən yaxşıdır” - 44 günlük müharibənin ƏBƏDİ DƏRSLƏRİ
Onun sözlərinə görə, bu sahədə Azərbaycanın su ehtiyatlarının mühafizəsinin təmin olunması prioritet məsələdir:
"Biz Azərbaycanda su ehtiyatlarının həcminin azalmasını qeyd edirik. Su ehtiyatlarının dayanıqlığının təmin olunması üçün istifadə planı hazırlanıb. Eyni zamanda, müvafiq plan və strategiyalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib".
R.Hacıyev beynəlxalq təşkilatları Azərbaycanda su ehtiyatları sahəsində layihələrin reallaşdırılmasında iştirak etməyə çağırıb.
Bizim.Media