Azərbaycanda kiçik çayların üzərində də elektrik stansiyaları tikilir

Azərbaycanda kiçik çayların üzərində də elektrik stansiyaları tikilir

Hazırda oxunan: Azərbaycanda kiçik çayların üzərində də elektrik stansiyaları tikilir

40828

Azərbaycanda kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyası hazırlanır.

Bizim.Media xəbər verir ki, bu Energetika Nazirliyinin 2020-ci ilin yekunlarına dair hesabatında yer alıb.

Sənədə görə, “SNC-Lavalin’s Atkins” şirkətinin Energetika Nazirliyinə təqdim etdiyi hesabatında kiçik su elektrik stansiyalarının, eləcə də inşası planlaşdırılan stansiyaların qiymətləndirilməsi, texniki-iqtisadi göstəriciləri, dağ çaylarının potensialı öz əksini tapıb.

Bu hesabat əsasında işlərə başlanıb.

Ötən il görülən işlərə gəlincə hesabatda bildirilir ki, cənub regionunda ümumi gücü 0,26 MVt olan iki aqreqatdan ibarət “Astara-1” kiçik su elektrik stansiyasının tikintisi üzrə işlər yekunlaşıb. 

Qəbələ rayonunda yerləşən, ümumi gücü 3,6 MVt olan “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” kiçik su elektrik stansiyalarının tikintisi üzrə işlərin tamamlanması aparılır. 

İsmayıllı rayonunun Girdiman çayı üzərində gücü 10 MVt olan “İsmayıllı-3” KSES-in tikintisi ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır.

Qeyd edək ki, bu istiqamətdə tədbirlərin icra müddəti 2023-cü ilədək nəzərdə tutulub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO