Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında 12-ci Nəqliyyat və Kommunikasiya Şurasının iclasında çıxış edib.
Bizim.Media xəbər verir ki, o, Ankara-Sivas istiqamətində yüksək sürətli qatar xəttinin yaxın vaxtlarda açılacağını bildirib.
Bir çox marşrutlarda işlərin davam etdiyini bildirən Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu barədə də danışıb.
“Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə qatarların fasiləsiz hərəkətini təmin etdik. Avtomobil yolunun uzunluğunu 1714 km-dən 3532 km-ə qədər artırdıq.
2023-cü ildə avtomobil yolunun uzunluğu 4 100 km-dək artacaq. Tunellərin ümumi uzunluğunu 50 km-dən 631 km-ə, körpünün uzunluğunu isə 311-dən 710 km-ə qədər artırdıq. Hava limanlarının sayı 26-da 56-ya, uçuşların sayını 50 ölkədən 127 ölkəyə və 329 nöqtəyə yüksəltdik”, - deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.
Bizim.Media