Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ

Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ

Hazırda oxunan: Azərbaycan daha bir bankda kapitalını artırır – RƏSMİ

40720

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycana Bankın əlavə kapitallaşmasında iştirak etməyi təklif edib.

Bizim.Media xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, oktyabrın 1-də BSTDB-nin Rəhbərlər Şurasının növbədənkənar toplantısında Bankın abunə kapitalının artırılmasına dair qərar qəbul edilib. 

Qərara əsasən, Bankın abunə kapitalı 816 milyon avro artırılaraq, 2,3 milyard avrodan 3,1 milyard avroya çatdırılıb. 

Hər bir üzv ölkəyə BSTDB-nin kapital artımında bu gün Bankın kapitalında mövcud payının xüsusi çəkisinə mütənasib şəkildə iştirak etmək təklif edilir. Azərbaycana artırılan kapitalın 5 %-i təklif olunur. Bu halda ölkəmizin 12,31 milyon avro məbləğində vəsaiti 8 il ərzində bərabər hissələrlə (ildə 1,539 milyon avro) ödəməsi gözlənilir.

Göstərilən müddət ərzində məsələyə dair ölkə qanunvericiliyinə uyğun şəkildə müvafiq müzakirələr aparılacaq və yekun qərar Banka bildiriləcək.

BSTDB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq bankdır. 

Bankın Azərbaycanda 37 layihə üzrə portfeli 482 milyon avro təşkil edir. (Report)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO