Azərbaycanda bu ZAVOD özəlləşdirməyə çıxarıldı – RƏSMİ - FOTO

Azərbaycanda bu ZAVOD özəlləşdirməyə çıxarıldı – RƏSMİ - FOTO

Hazırda oxunan: Azərbaycanda bu ZAVOD özəlləşdirməyə çıxarıldı – RƏSMİ - FOTO

40536

Azərbaycanda “Ceyranbatan Dəmir Beton” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarılıb.

Bizim.Media İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ASC ilə bağlı investitsiya müsabiqəsi elan edililib.

Qeyd olunur ki, müəssisə 1965-ci ildə istismara verilib. 2011-ci ildə özəlləşdirilib. Dəmir-beton məmulatlarının istehsalı və satışı sahəsində ixtisaslaşıb.

ASC-nin nizamnamə kapitalı 1 milyon 57 770 manatdır. Müəssisənin torpaq sahəsi 6,43 hektar, işçilərinin sayı 12 nəfərdir.

Cəmiyyətin balansında inzibati bina, yeməkxana binası, mərkəzi anbar və klub, xidmət blokları, 2 mərtəbəli istehsalat binası, laboratoriya binası və istehsalat üçün digər qurğu və avadanlıqları var.
 

Hazırda müəssisə fəaliyyət göstərmədiyi üçün bazarda heç bir çəkisi yoxdur. Müasir tikintilər əsasən monolit üsulla aparıldığına görə beton pilitələrə tələb var. Beton pilitələrin sifarişi olduğu halda müəssisənin fəaliyyətini təmin etmək mümkündür. 


Müsabiqə ilə bağlı daha ətraflı məlumatı Xidmətlə əlaqə saxlayaraq əldə etmək olar.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO