Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO CAVAB

Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO CAVAB

Hazırda oxunan: Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO CAVAB

40522

“Suveyş kanalında baş verənlərdən sonra Zəngəzur dəhlizi və bütövlükdə Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat koridorlarına marağın artması müşahidə olunur. Nəzərə alsaq ki, Zəngəzur koridoru Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda, artıq Zəngəzur dəhlizinin istifadəyə verilməsilə bağlı Azərbaycan ərazisində infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsi müşahidə olunur”.

Bu barədə Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov əlavə etdi ki, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq dəmiryol, həm də avtomobil yolu inşa olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngəzurda yeni yolun tikintisinə 11 milyon dollar ayırıb?


Belə ki, Horadiz-Ağbənd, o cümlədən Horadizlə Zəngilanı birləşdirəcək dəmir yolu, eləcə də avtomobil xətti Zəngəzur dəhlizinə birləşəcək:

“Bu da nəticə etibarı ilə koridorla daşınan yüklərin həcminə təsir göstərəcək. Zəngəzur dəhlizindən yalnız region ölkələri deyil, yükdaşımalarda xüsusi payı olan dövlətlər istifadə edə biləcəklər. Avropa Birliyi ölkələri və Çin bu koridorun potensial istifadəçiləri sırasındadır. Baxmayaraq ki, qonşu Rusiya, Türkiyə və İranın da bu koridordan yararlanacağı gözlənilir. Çin üçün Avropaya daşınmalarda Azərbaycan ərazisi praktik olaraq cəlbedicidir”. 

Vüqar Bayramov pandemiyadan qabaq Azərbaycan üzərindən daşınan qeyri-neft məhsullarının həcmindəki 65 faizlik artımı da xatırlatdı. Bu isə həm də ölkədaxili valyutanın artırılması baxımından da vacibdir.

Millət vəkilinin fikirlərinin davamı videoda:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO