AzerGold

AzerGold" ilk dəfə qızıl sikkələri satışa ÇIXARDI - FOTO

Hazırda oxunan: AzerGold" ilk dəfə qızıl sikkələri satışa ÇIXARDI - FOTO

40488

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk satış və mübadilə mərkəzi istifadəyə verilib.

Bu barədə Bizim.Media-ya qurum tərəfindən məlumat verilib. 

Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışa çıxarılıb.

“AzerGold”-dən bildirilib ki, cari ildə hasil edilən qızılın bir hissəsinin pərakəndə satış üçün nəzərdə tutulan sikkə və külçələrin istehsalına yönləndirilməsi Cəmiyyətin yerli zərgərlik sənayesinin inkişafı, milli istehsalın stimullaşdırılması və ölkəmizin iqtisadi nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Qeyd edək ki, 3 ildir ki, yerli bazara təqdim edilən “AzerGold"un gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadə verilməsi istisna edilmir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO