Qarabağda turizm necə inkişaf edəcək? - AÇIQLAMA

Qarabağda turizm necə inkişaf edəcək? - AÇIQLAMA

Hazırda oxunan: Qarabağda turizm necə inkişaf edəcək? - AÇIQLAMA

4026

“Ərazilərimizin işğaldan azad olunması, Qarabağın turizm potensialı haqqında düşünməyə imkan verir. İşğaldan azad olunmuş torpaqlarımızda turizm sahəsində bəzi planlar həyata keçirildikdən sonra bu ərazilərdə bu sektorun inkişafı üçün xüsusi layihələr hazırlanacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bunun üçün əvvəl işğaldan azad olunan torpaqlarda təhlükəsizlik işləri aparılmalı və əhali o ərazilərdə məskunlaşmalıdır. Yalnız bundan sonra Qarabağa istirahət məqsədli səfərlər təşkil oluna bilər.

“Görülən işlərlə paralel olaraq, Qarağada turizm məhsulları yaradılacaq. Bura ziyarət və istirahət tipli turizm daxildir. Əlavə olaraq biz, Qarabağ istiqamətində fəaliyyət göstərən ilk, 25 nəfərdən ibarət bələdçi qrupu yaratmışıq. İlk turlarımız olanda onlar bizə və gələn qonaqlara, Qarabağı tanıdacaqlar”.

K.Quluzadə həm də xarici turizm barədə də danışıb: 

“Xarici turizm məsələsinə isə yalnız, dünyada COVİD-19 pandemiyası bitdikdən sonra baxılacaq. Çünki, bilirsiz ki, hazırda turistlərin gəlməsi mümkün deyil. Lakin buna baxmayaraq, Dövlət Turizm Agentliyi artıq müəyyən tanıtım işlərinə başlayıb''.

''İşğaldan azad olunan rayonlarımızda bir çox tarixi-mədəni abidələrimiz erməni terorrçuları tərəfindən dağıdıldığı üçün, tanıtım çarxlarında bizim rəssamların 2D formatında bərpa edilmiş qədim abidələrimizin görüntüləri təqdim edilib”.

Ayfər Nizaməddin qızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO