Azərbaycanda avtomobillərin sayı nə qədərdir? – ŞOK RƏQƏMLƏR

Azərbaycanda avtomobillərin sayı nə qədərdir? – ŞOK RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycanda avtomobillərin sayı nə qədərdir? – ŞOK RƏQƏMLƏR

40239

Azərbaycanda hər 1000 nəfərə 127 minik avtomobili düşür.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2020-ci ildə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə 56 olub. Keçən il hər 1 km şose yollarına 77 maşın düşüb.

Komitənin məlumatına görə, Azərbaycanda nəqliyyat vasitəsilərinin ümumi sayı 1 milyon 473 min 563-dür. 

Şəxsi minik avtomobillərinin sayı isə 1 milyon 204 min 682-dir. 

Azərbaycanda 30 757 ədəd avtobus sərnişinlərə xidmət göstərir. Görünür, bu əhali sayına müvafiq deyil ki, dayanacaqlarda mütəmadi olaraq onların yolunu gözləməli oluruq. 

Yük avtomobillərinin sayı 154 min 659, xüsusi təyinatlı avtomobillərin sayı isə 11 min 613-dür.

Yollarda tez-tez motoskletlərə və onların qayda pozuntularına rast gəlsək, onların sayı heç də bir o qədər çox deyilmiş.  Statistika Komitəsi  ölkəmizdə cəmi 4594 motoskletin olduğunu açıqlayıb.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO