Dünyanın ən balaca mənzilləri satışda – Bəs Bakıda? 

Dünyanın ən balaca mənzilləri satışda – Bəs Bakıda? 

Hazırda oxunan: Dünyanın ən balaca mənzilləri satışda – Bəs Bakıda? 

40072

Sentyabr ayında Rusiyanın daşınmaz əmlak bazarında satışa çıxarılan mənzil öz sahəsinin kiçikliyinə görə ölkədə rekordu təzələyib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva şəhərində satışa çıxarılan mənzilin sahəsi cəmi 9 kv. metrdir. 

Bundan əvvəl kiçikliyinə görə Rusiyada rekord göstəricini bir il əvvəl satışa çıxarılan 10.5 kv. metrlik mənzil qazanmışdı. 

Daşınmaz əmlak üzrə analitiklər, mənzillərin orta sahəsinin davamlı azalması fonunda mikro mənzillərin yaranmasının gözlənilən olduğunu bildirirlər.

Mikrostudiya adlandırılan 10 kvadrat metrdən balaca mənzillər  Paris, Honq Konq, Roma, Nyu York və digər şəhərlər və meqopolislərdə də mövcuddur.

Amma Azərbaycanda bu ölçüdə mənzillər hələlik aktual deyil. Çünki biz azərbaycanlılar daha böyük ölçülü mənzillərə üstünlük veririk. Yeri gəlmişkən xatırladaq ki, Bakıda ən balaca bir otaqlı mənzil 35-40 kvm-dən başlayır.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO