“Şimal-cənub” dəhlizinin qərb marşrutunun inkişafı üzrə iclas oldu - FOTO 

“Şimal-cənub” dəhlizinin qərb marşrutunun inkişafı üzrə iclas oldu - FOTO 

Hazırda oxunan: “Şimal-cənub” dəhlizinin qərb marşrutunun inkişafı üzrə iclas oldu - FOTO 

39836

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşçi qrupunun 6-cı iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iclas çərçivəsində iştirakçı ölkələrin dəmir yolu nəqliyyatı üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.  

Tədbirdə “Rusiya Dəmir Yolları” ASC-nin baş direktor müavini Vyaçeslav Pavlovski, “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəisinin birinci müavini Pyotr Dulub, İran İslam Respublikası Dəmir Yollarının ticarət və istismar üzrə vitse-prezidenti Murteza Cəfəri, Finlandiya Dəmir Yolları konserninin (“VR Group LTD”) Rusiyadakı nümayəndəliyinin rəhbəri Vladislav Şepetovski iştirak ediblər.

Yığıncağa  onlayn formatda Hindistanın CONCOR konteyner korporasiyasının prezidenti Kalyana Rama da qoşulub. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun sədrliyi ilə keçən İşçi qrupun 6-cı iclasının iştirakçıları ötən toplantının qərarlarının icrası və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindəki daşımaların inkişafı üzrə işlərin gedişatı ilə tanış olublar.

Kağız məhsullarının konteynerlərlə Finlandiyadan Hindistana daşınması layihəsinin nəticələrinə baxılıb, mövcud trafik həcmi və Hindistandan Azərbaycan, Rusiya, Belarus və Avropa Birliyi ölkələri istiqamətlərinə konteyner yüklərin cəlb edilməsi perspektivləri, eləcə də AB ölkələrindən konteynerlərin geri yüklənməsi ilə bağlı məsələlər müzakirə olunub.

Dəhliz iştirakçıları tərəfindən cəlbedici tarif şərtlərinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu boyunca konteyner qatarlarının təşkilində elektron məlumat mübadiləsinin tətbiqi, dəhlizin milli hissələrində infrastrukturun inkişafı, Astaradakı (İran) yükləmə terminalının yük potensialının artırılması, Astara-Rəşt və Zahedan-Çabahar dəmir yolu xətlərinin tikintisi və digər mövzular gündəlikdə yer alan əsas məsələlər olub.

İclasda Finlandiya Dəmir Yolları konserni (“VR Group LTD”) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı üzrə İşci qrupuna üzv qəbul edilib. 

Görüş çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC nümayəndələri ilə İran, Rusiya, Belarus və Finlandiya dəmir yolları təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əlaqələrə dair bir sıra məsələlər müzakirə olunub. 

İclasın sonunda müvafiq protokol imzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO